Hikvision

Hikvision – təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulan məhsul və həllərin beynəlxalq səviyyəli aparıcı təchizatçısıdır. ETTKİ (elmi-tədqiqat və təcrübə-konstruktor işi) sahəsində geniş və yüksək peşəkarlığa sahib işçi qüvvənin iştirakı ilə Hikvision şaquli bazarlar üçün məhsul və həll kompleksi istehsal etməkdədir. Təhlükəsizlik industriyasından əlavə, Hikvision ağıllı ev texnologiyası, sənaye avtomatlaşdırması və uzunmüddətli görməni təmin etmək üçün avtomobil elektronikası sahələrində də iştirakını genişləndirir.

Hikvision məhsulları son istifadəçilərə daha faydalı əməliyyatlar və daha böyük kommersiya uğurunu təmin edə biləcək güclü biznes-analitika təqdim edir. Məhsullarının yüksək keyfiyyəti və təhlükəsizliyi prinsiplərinə sadiq qalan Hikvision, tərəfdaşlarını Hikvision kibertəhlükəszilik Mərkəzi də daxil olmaqla, şirkətin təklif etdiyi kibertəhlükəszilik resurslarına üstünlük verməyə çağırır.

Hikvision Azərbaycan

Hikvision şirkəti Azərbaycan bazarında 2012-ci ildən fəaliyyətə başlayıb. Bazara daxil olduğu dövrdə, Hikvision şikrətinin bu regionda cəmi bir əməkdaşı olub. Fəaliyyətinin birinci ilində şirkət ilk diler razılaşmasına imza atıb. Hikvision şirkətinin həmrəy kollektivinin birgə işi və mükəmməl biznes hissiyatı olan mütəxəssislərin dəstəyi sayəsində regionlardakı heyət tüdricən böyüməyə başlayır. Bakıdakı rəsmi nümayəndəlik 2019-cu ildə qeydiyyatdan keçərək, açılıb.

Bu gün, bu bazarda Hikvision şirkətini mütəxəssis, texniki ekspert, təcrübəli “Sales” (satış) menecerlərindən ibarət güclü komanda təmsil edir. Məhsul və layihə menecerləri regionlarda təhlükəsizlik sistemlərini inkişaf etdirərək, müxtəlif həlləri işə salır, öncül texnologiyaları tətbiq edirlər. Fəaliyyətinin ilk günlərindən, şirkət özəl sektor və dövlət səviyyəsində 200-dən artıq iri layihə işləyərək, reallaşdırıb.

Tərəfdaşlar

Distribütor

Distribütor

Distribütor