Hikvision – təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulan məhsul və həllərin beynəlxalq səviyyəli aparıcı təchizatçısıdır. ETTKİ (elmi-tədqiqat və təcrübə-konstruktor işi) sahəsində geniş və yüksək peşəkarlığa sahib işçi qüvvənin iştirakı ilə Hikvision şaquli bazarlar üçün məhsul və həll kompleksi istehsal etməkdədir. Təhlükəsizlik industriyasından əlavə, Hikvision ağıllı ev texnologiyası, sənaye avtomatlaşdırması və uzunmüddətli görməni təmin etmək üçün avtomobil elektronikası sahələrində də iştirakını genişləndirir.
Hikvision məhsulları son istifadəçilərə daha faydalı əməliyyatlar və daha böyük kommersiya uğurunu təmin edə biləcək güclü biznes-analitika təqdim edir. Məhsullarının yüksək keyfiyyəti və təhlükəsizliyi prinsiplərinə sadiq qalan Hikvision, tərəfdaşlarını Hikvision kibertəhlükəszilik Mərkəzi də daxil olmaqla, şirkətin təklif etdiyi kibertəhlükəszilik resurslarına üstünlük verməyə çağırır.